Elman Rüstəmov: "Sığortada uzun müddət yığılıb qalmış problemlər var"
“Sığortada uzun müddət yığılıb qalmış problemlər var. Zəif nöqtələr bizə məlumdur, sığorta çox zəif inkişaf edib. Sığorta sektoru əhalinin və biznesin risklərini əhatə edə bilmir. Ona görə də dövrü olaraq problemlər yaşanır”.
“APA-Economics”in verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
O bildirib ki, icbari sığortanın genişlənməsi üçün addımlar atılacaq.
E. Rüstəmovun sözlərinə görə, fəaliyyəti şəffaf olmayan müəssisələr maliyyə xidmətlərindən tam istifadə edə bilmirlər: “Sığortası varsa, dəymiş zərər ödəniləcək. Əsas odur ki, kölgə iqtisadiyyatını məhdudlaşdıraq, siyasi vəzifə budur. Digər vəzifə isə kölgədən çıxmış iqtisadiyyatı risklərin sığortasına yönəltməkdir. Ciddi proqramlar var. Sığorta sektorunun dövlət mülkiyyəti, biznes və əhalinin əhatə olunması istiqamətində proqramlar mövcuddur. Pandemiya ilə bağlı bəzi addımlar ertələnir. Amma bu istiqamət diqqət mərkəzindədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ
Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Bu ölkə “Lukoyl”un aktivlərini ALIR
Gələn il pensiyalar nə qədər artırıla bilər?
Azərbaycana uşaqlar üçün yeni vaksinlər gətiriləcək