Elman Rüstəmov: “Prezident dedi ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil”
“Fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələdə təklif var idi ki, borc yükünün bir hissəsini dövlət, bir hissəsini banklar, bir hissəsini isə vətəndaşların üzərinə qoyulsun. Hətta 1-ci devalvasiyanın nəticələrinin nəzərə alınmaması, 2-ci və daha böyük həcmdə devalvasiyanın nəticələrinin nəzərə alınması təklif edilirdi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Real TV-də bildirib.
“Bununla belə, Prezident İlham Əliyev bildirdi ki, dövlət borc yükünü tam üzərinə götürməlidir, nəinki əhalinin, heç vaxt sektorunun da üzərinə yük düşməməlidir. Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır, lakin dövlət başçısı dedir ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil. Yəni bu problemə maliyyə baxımından yanaşsaq bu sosial deyil, iqtisadi layihə olur. Sosial ədalət prinsipi tam şəkildə reallaşmalıdır”, – deyə o, qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi