Elman Rüstəmov “Amrahbank”ın işçilərinin maaş problemindən danışdı
Mərkəzi Bankın sədri Elman Rüstəmov lisenziyası ləğv edilmiş “Amrahbank” ın işçilərinin maaşının ödənilməyəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
E.Rüstəmov mətbuat konfrasında deyib ki,hər iki bağlanan bankda problematika bu günün deyil: “Bu situasiyaları nəzərə alaraq hər iki bankın rəhbəri ilə görüşlərimiz oldu.
Təbii ki biz bankların bağlanmasının tərəfdarı deyilik. Onların kapitallaşma imkanı olmadığından belə bir qərar verildi. Biz çox uzun qiymətləndirmə, sahibkarla müzakirə aparmışıq. Biz kolleqalarımızın da bu istiqamətdə fikirlərini öyrənmişik. Dünənki hadisə emosional xarakter daşıyır. Orada işləyənlərin əməkhaqlarının verilməsi istiqamətində tədbirlər görməyə başladıq. Onların əməkhaqları ödənilməyə başlanacaq. Orada qiymətli kadrlar var, onların işlə təmin edilməsinə kömək etməyə çalışacağıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi
