Eldar Əzizov sürüşmə ərazisində — 67 ailə köçürüldü
Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb.
Minval.İnfo-nun məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün əraziyə baş çəkərək sakinlərlə görüşüb.
İcra başçısı baş nazirin müavini Abid Şərifovun tapşırığına əsasən, əhaliyə göstəriş verib ki, təhlükəsizlikləri üçün evlərində gecələməsinlər.
Məlumata görə, artıq 67 ailə sürüşmə zonalı ərazidən köçürülərək qohumlarının evlərinə və 49 saylı orta məktəbə yerləşdiriliblər.
Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib