"Efirlərdə daha betər biabırçılıqlar olur" - Əməkdar artist
“Efir üçün heç də darıxmıram. Verilişin bağlanmasına isə o qədər də pis olmadım. Mənim sənətim aktrisalıqdır, aparıcılıq müvvəqqətidir”.
Minval.info xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa yaxın günlərdə aparıcı kimi yenidən efirə çıxmağı düşünmədiyini söyləyib:
“Deyim ki, verilişin bağlanması məni yandırdı, yox. Məni aparıcı kimi görməyi məsləhət bildilər, mən də niyə etməyim? Heç vaxt demərəm ki, güclü aparıcıyam. Çünki bu işdə məndən güclüləri var. Proqramda necə varamsa, elə olmaq istədim.
Xarici aparıcılar verilişlərdə necə səmimi, özləri kimi olurlar. Mənim də aparıcılığım o yöndə idi. Mən səhnədə rollarımı da o cür oynayıram. Azəri Vann Dam isə niyə bu qədər qıcıqlandırdı bilmədim. Efirlərdə bundan betər biabırçılıqlar olur. Onlara nəsə deyən yoxdur”.
Xanlarova xəyalını qurduğu verilişdən də söz açıb:
“İnsanlar arasında olmağı, xeyriyyəçilik etməyi hər zaman istəmişəm. Mənim istəyim sosial bir proqram aparmaqdır. Əlbəttə, bunu öz maddi gücümlə edə bilmərəm. Amma hansısa vasitəçiliyi, yardımı bacararam. Mənim ruhuma hopan tərz budur”.
Qeyd edək ki, M.Xanlarovanın ARB-də yayımlanan verilişi tənqid edilib, bağlanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi