Efirdə müalicə pulu yığılan 5 yaşlı Murad sağaldı, anası qurban kəsdi - FOTO
ATV telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edən Elza Paşayeva övladının sağlamlığına nail olub.
Elza xanımın anadangəlmə ürək qüsurlu doğulan 5 yaşlı oğlu Murada Almaniyada əməliyyat lazım olub. Muradın əməliyyatı üçün 112 min manat vəsait tələb olunsa da, buna imkanları çatmayıb. ATV televiziyasına üz tutan Elza xanım canlı yayımlanan “Bizimləsən” verilişinin qonağı olub və aparıcı Zaur Baxşəliyevin səyi nəticəsində qısa müddət ərzində 112 min manat pul toplanıb. Bununla 5 yaşlı Murad Almaniyada iki dəfə ürəyindən uğurla əməliyyat edilərək, sağlam şəkildə Vətənə geri dönüb.
Sevinci yerə-göyə sığmayan ana ATV telekanalının qarşısında əhd etdyi qurbanını kəsərək, ATV kanalına, Zaur Baxşəliyev olmaqla “Bizimləsən”komandasına və övladına dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır







