Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA

Məişət zorakılığı haqqında qanunu işlətmək hələ də çətindir.
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan qəbul etdiyi qanunlarla idarə olunur:
“Gender bərabərliyi və Məişət zorakılığı haqqında qanunlar elə incə sənədlərdir ki, insana aid olsa da, insan onu dərk etmirsə, qanunları işlətmək çətin olur. 2010-cü ildə qəbul olunan qanunun hələ də işlənməsi üçün mexanizm axtarılır.
Məişət zorakılığı təkcə qadınlara aid deyil, cəmiyyətin müxtəlif zəif təbəqələrinə aid olan məsələdir. Bu istiqamətdə bir informasiyanı verən zaman düşünmək lazımdır. Bir qadın zorakılığa məruz qalırsa, efirdə onun üzünü göstərirlər. Amma onun aldığı psixoloji zərbəni kimsə düşünmür”.
Sədaqət Qəhrəmanova qeyd edib ki, insan alveri ilə bağlı müəyyən reydlər keçirilir və efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir:
“Düşünmürlər ki, bunu efirə verilən zaman qardaşı, ailəsi görər və cinayət baş verə bilər. Niyə ancaq qadınları göstərirlər? Qadınları bu vəziyyətə salan kişilər niyə göstərilmir? Bəlkə, onlar barədə araşdırma aparılmalıdır ki, bu insanlar qadınları bu vəziyyətə niyə salırlar? Onların addımları nəticəsində qadınlar insan alverinin qurbanı olurlar. Bunlarla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı yeni təkliflər barədə addımlar atılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərəblər Bakıda qaldıqları evi bu günə saldı - BİABIRÇI GÖRÜNTÜ
Nazir müavini Lavrovun Qarabağ açıqlamasına münasibət bildirdi
Prezident İlham Əliyev Qobustan rayonuna səfərə gəlib
Məhkəmə generalın oğlunun şikayətini təmin etmədi
Xalidə Bayramova ilə Elinanın ailəsi niyə üzləşdirilməyib? - Rəsmi açıqlama
Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır - Video
Bakıda bu ünvanlarda binalar SÖKÜLƏCƏK