Əcnəbilər üçün tibbi xidmətlərdə ƏDV geri qaytarılır
Azərbaycan ərazisində tibb müəssisələrindən xidmət alan əcnəbilərə ödənilmiş ƏDV müəyyən şərtlərlə geri qaytarılacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Minval.info xəbər verir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması müvafiq qaydalar əsasında həyata keçirilir. Qeyd olunub ki, əcnəbilərə göstərilən tibbi xidmətlərə görə ƏDV yalnız nağdsız ödənişlər üzrə geri qaytarılır.
Məlumata əsasən, əcnəbi şəxsin Azərbaycanda tibb müəssisələrindən aldığı tibbi xidmətlərə görə nağdsız şəkildə ödədiyi ƏDV ölkə ərazisini tərk edərkən “Tax Free” rejimində geri qaytarılır. Bunun üçün qaydaların tələblərinə əməl olunması zəruridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib