Dyson-dan süni intellektli diş fırçası: CameraJet!
Dyson şirkəti süni intellekt və kamera ilə təchiz olunmuş yeni diş fırçası CameraJet-i təqdim edib. Bu cihaz, dişlərin arasındakı boşluqları avtomatik müəyyənləşdirərək həmin nahiyələrə su jeti göndərməklə plakları təmizləyir. Beləliklə, diş fırçası və ağız duşu bir cihazda birləşdirilib.
Minval.info xəbər verir ki, CameraJet-də 100 min piksellik kamera saniyədə 28 kadr çəkərək diş aralarını analiz edir. Süni intellekt sistemi boşluğu müəyyən etdikdən sonra 100 millisaniyə ərzində həmin nöqtəyə su jeti yönəldir.
Dyson, cihazın daha aşağı təzyiqli konik su jeti ilə işlədiyini və bunun diş əti ilə minaya düşən yükü azaltmaq üçün nəzərdə tutulduğunu bildirir. Dyson Dental System adlı dəstin qiyməti 880 manatdır və dəstə CameraJet, şarj stansiyası, səyahət qutusu, xüsusi diş məcunu və ağız baxımı suyu daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi