DYP rəsmisinin fikirləri düzgün başa düşülməyib
“Təəssüflə bildiririk ki, 02.02.2019-cu il tarixində yayımlanan “Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar” başlıqlı yazıda ifadə olunan fikirlər düzgün şərh olunmayıb”.
Minval.info xəbər verir ki, bu barədə BDYPİ-nin yaydığı rəsmi məlumatda bildirilir.
Qeyd edilir ki, qurum rəsmisi Rüfət Quliyev vətəndaşlar tərəfindən yol-patrul xidmətinin əməkdaşlarının xidmət zamanı video çəkilişinin aparılmasının cəzaya səbəb olması ilə bağlı fikir söyləməyib:
“Əslində, sözügedən materialda şöbə rəisi R.Quliyev qanunvericilikdə məhz polisin qanuni tələbinə tabe olmayan sürücülərin cəzalandırılması barədə konkret maddələrin nəzərdə tutulduğunu, habelə yol hərəkəti zamanı digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükə altnda qoyaraq törətdikləri qayda pozuntularının, özbaşınalıqların videogörüntülərini sosial şəbəkədə paylaşmaqla bunu “qəhrəmanlıq” kimi təqdim edən şəxslərin yanlış yolda olduqlarını bildirib. Bu fikirlər isə sonradan ayrı-ayrı saytlarda təhrif edilmiş şəkildə paylaşılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!