07.09.2021 - 16:39
Ölkə 3 baxış

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq edib.

Minval.info xəbər verir ki, DYP-nin xəbərdarlığında deyilir:
“Paytaxt ərazisində yaradılmış müvcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulan qaydalara əməl etməyən sürücülər və hərəkətin digər iştirakçılarının bir daha diqqətinə çatdırırıq ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklama zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.
Sürücülər, hərəkətin digər iştirakçıları və bütün ictimaiyyət üzvlərindən xahiş edirik ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!”

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: