21.10.2021 - 13:01
Siyasət
1 baxış
Düşmənə qalib gəldik, lakin rüşvətə qalib gələ bilməmişik - Sabir Rüstəmxanlı

“Müharibədən sonra yeni Azərbaycan yaranıb”.
Minval.info-n məlumatına görə, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasında keçirilən “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masada deyib.
O, Qarabağ qələbəsindən 1 il keçdiyini bildirib, qeyd edib ki, Qarabağdakı quruculuq müharibədən öncə başlanmış islahatları unutdurmamalıdır:
“Bu gün əhalinin böyük qələbə sevincinə, inamına kölgə salan hallar var. Bu hallar aradan qaldırılmalıdır. Biz qələbədən sonra yeni dövr başlayacağını arzulayırdıq. Müharibədən sonra bu belə idi. Ancaq sonra yenə məmur otaqları xalqın üzünə bağlandı. Prezidentin arxasında dayanmalı olan vəzifəli sahiblərinin çoxu öz məsuliyyətini unudub. Prezidentin ortada tək olduğunu görürük. Yeni kadrların çoxu təcrübəsizdir. Rayon yerlərinə gedənlərə Harvard Universitetindən daha çox “torpaq universiteti” də oxumaq lazımdır. Biz düşmənə qalib gəldik, lakin bürokratiyaya, rüşvətə qalib gələ bilməmişik. Görünür, bunun üçün də 44 günlük savaş lazımdır. Məmur boşboğaz təriflərdən, riyakar yaltaqlıqlardan kənarda qalmalıdır. Qul psixologiyası bizim uşaqlarımıza heç nə verə bilməz. Digər tərəfdən, siyasi partiyalar arasında bu birlik qorunmalıdır. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir. Dialoq görüntü və toplantı xarakteri daşımamalı, sistemli fəaliyyətə çevrilməlidir. İqtidar və müxalifət arasında şər-böhtan aradan qaldırılmalıdır. Hakimiyyət cəmiyyətlə daha çox təmasda olan müxalifətin qaldırdığı məsələləri diqqətlə dinləməlidir, müxalifətin çıxışlarına daha ciddi yanaşmalıdır. Müxalifət Qarabağ məsələsində, quruculuq prosesində hakimiyyətlə bərabər iştirak etməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ avtoritarizmə meyllənə bilər: Tramp Ağ Evi “özəlləşdirməyə” hazırlaşır
15.09.2019 - 11:31
Sabah “Bakı bəyannaməsi” imzalanacaq
26.07.2021 - 12:35
SON DƏQİQƏ! Məşhur aktyor VƏFAT ETDİ
28.06.2022 - 10:39
Kadırov Putinin Ukrayna ilə bağlı planlarını AÇIQLADI
11.04.2022 - 16:39
Türkmənistan prezidentinin oğlu nazir müavini təyin edilib
01.04.2018 - 22:56
Bu ölkədə rəsmən qrip epidemiyası elan edildi
05.01.2023 - 12:30
ABŞ-dan ziddiyyətli Qarabağ mesajları... yaxınlaşan sülhdür, yoxsa müharibə?
27.10.2018 - 10:16