12.06.2019 - 23:15
İdman
2 baxış
Dünyanın ən çox qazanan idmançılarının adları açıqlandı
Lionel Messini təkcə dünyanın ən yaxşı futbolçusu saymırlar. “Forbes”in versiyasına görə, argentinalı həm də planetin ən çox qazanan idmançısıdır.
Bizimyol.info xəbər verir ki, Messi ötən bir ildə 127 milyon avro qazanıb.

Onun ən yaxın izləyiciləri də futbolçulardır. Kriştiano Ronaldo keçən ilin iyunundan bəri 109, Neymar isə 105 milyon avro əldə edib.

10-luqdakı qalan idmançılardan heç biri futbolçu deyil. Boksçu Kanelo Alvares 94, tennisçi Rocer Federer 93,4, Amerika futbolunun nümayəndələri – Rassell Uilson 89,5, Aaron Rocers 89,3 milyon avro qazanıb. 10-luğu basketbolçular qapayır. Lebron Ceyms (89), Stefen Karri (79,8) və Kevin Dyuran (65,4) da az qazanmayıb.

“Forbes” apreldə ən çox qazanan futbolçuların siyahısını təqdim etmişdi. Onda da cədvəlin zirvəsində Messi qərarlaşmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UEFA Region kubokunun püşkü atılıb
04.12.2019 - 11:07
Xorvatiyada 23 yaşlı futbolçu vəfat edib
24.12.2021 - 14:24
Tamerlan Burcəliyev şəhid qardaşının adını kürəyində daşıyacaq - FOTO
23.11.2020 - 11:27
"Ronaldonun "Ballon D'or" qazanması məntiqsiz olar" - Kasilyas
18.11.2019 - 13:21
Qurban Qurbanovdan Veşoviç və "Olimpiakos"la bağlı açıqlamalar
12.10.2022 - 14:15
AVRO-2020: Ronaldo ən yaxşıdır
06.07.2021 - 12:25
