Dünyanı ölüm virusuna yoluxduran şəhərdən son görüntülər - VİDEO
Çində koronavirusa görə fövqəladə vəziyyət davam edir.
BAKU.WS xəbər verir ki, virusun mərkəzi olan Uhan şəhərində həyat tam olaraq dayanıb.
Şəhərdən çəkilən kadrlar vəziyyətin nə qədər ciddi olduğunu sübut edir. “Ruhlar şəhəri” adlandırılan Uhanda küçələrdə adamlar, hərəkətdə olan maşınlar, hətta heyvanlar belə gözə dəymir.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bütün dünyanı qorxuya salan virus Uhanda bütün həyatı iflic edib. İnsanlar küçələrə çıxmır. İctimai nəqliyyat vasitələri boş hərəkət edir. Mağazalar gün ərzində 3-4 saat işləyir.
Qeyd edək ki, Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 5974 nəfərə çatıb, 132 nəfər epidemiya nəticəsində ölüb. Xəstəliyə yoluxanlardan 1239 nəfərin vəziyyəti ağırdır. Habelə 9,2 min insanda koronavirus əlamətləri müşahidə edilir, lakin diaqnoz təsdiqlənməyib. Karantində təxminən 60 min nəfər var.
https://www.youtube.com/watch?v=HmFLyxDh9CM&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda