Azərbaycanda kənd toyuğunun qiyməti kəskin artıb
Son zamanlar Azərbaycanda mal ətinin qiymətinin artması fonunda kənd toyuğuna olan maraq da artıb. Bu isə öz növbəsində kənd toyuğunun qiymətində ciddi artıma səbəb olub.
Minval.info xəbər verir ki, paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif bölgələrində kənd toyuğunun qiymətində 2-5 manat arasında artım müşahidə edilir. Məsələn, əvvəllər 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif olunur.
İsmayıllı və Tovuz kimi rayonlarda satıcılar bildirirlər ki, son bir ayda qiymətlərdə nəzərəçarpacaq dərəcədə artım var. Tovuzda kiçik toyuqların qiyməti 5-6 manatdan 12-13 manata yüksəlib.
Şirvan bazarında isə kənd toyuqları digər rayonlarla müqayisədə daha münasib qiymətə satılır. Satıcılar bunu məhsulu birbaşa kənd sakinlərindən almaları ilə əlaqələndirirlər.
Bakı bazarlarında da qiymət artımı ilə yanaşı, kənd toyuqlarının sayı azalıb. Satıcılar tələbatın yüksək, təklifin isə az olduğunu bildirirlər. Əvvəllər gündə 1 000 ədəd kənd toyuğu bazara çıxarılırdısa, hazırda bu rəqəm 400-ə enib.
Qeyd edək ki, ötən həftə toyuq filesi də bahalaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan məhsullarının xarici bazarlara çıxışında əngəllər
Paramount, Warner Bros Discovery-ni 81 milyard dollara satın aldı
"Brent" neftinin qiyməti 101 dolları keçdi
İranda dolların məzənnəsi sürətlə artır
ABŞ-ın ticarət kəsiri avqustda 105,6 milyard dollar oldu
Rusiyada istiqraz bazarında böhran: defolt riski artır
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı