9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin ilk doqquz ayında proqnozla müqayisədə 5 faiz və ya 279 milyon manat artaraq 6 milyard 370 milyon manata çatıb.
Minval.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 6 faiz və ya 280 milyon manat artıb və 5 milyard 73 milyon manat təşkil edib.
Hesabat dövründə DSMF-nin xərcləri isə 6 milyard 189 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 561 milyon manat daha çoxdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyada ərzaq məhsulları bahalaşdı
IMF-dən kritik xəbərdarlıq: dünya iqtisadiyyatını təhdid edən üç amil
Azərbaycan məhsullarının xarici bazarlara çıxışında əngəllər
Paramount, Warner Bros Discovery-ni 81 milyard dollara satın aldı
"Brent" neftinin qiyməti 101 dolları keçdi
Azərbaycanda kənd toyuğunun qiyməti kəskin artıb