Dünyaca məşhur karikaturaçıdan Klopa maraqlı cavab - Foto
Məşhur karikaturaçı Omar Momani “Liverpul” klubunun baş məşqçisi Yurqen Klopun Bakıda baş tutacaq Avropa Liqası finalı barədə mənfi fikirlər söyləməsinə sənəti ilə münasibət bildirib.
Minval.info-nun məlumatına görə, rəssam əl işini sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:
“Bizə qoşul, cənab Klop. Azərbaycanda səhər yeməyi insanları bir araya gətirir və hər kəsi xoşbəxt edir. Bunu etmək lazımdır”.
Karikaturada “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, futbolçuları Nqolo Kante, Eden Azar, “Arsenal”ın futbolçuları Pyer-Emenike Obameyanq, Mesut Özil və Aleksandr Lyakazet yer alıb.
Qeyd edək ki, Omar Momani bir neçə dəfə Azərbaycanla bağlı çəkdiyi rəsmləri ilə diqqət çəkib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və "Barselona" arasında növbəti gərginlik - Klub bəyanat yaydı
“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək
Kadırov Salahla görüşdü, ona hədiyyə verdi
Mixael Şumaxerin oğlu çempion oldu
UEFA növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb
"Real" 700 milyon qiymət qoydu, 100 milyon təklif etdilər
