Dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb

Braziliyanın şəkər qamışı becərilən rayonlarında havanın şaxtalı keçməsi səbəbindən dünya üzrə şəkər xammalının qiyməti son 4 ilin maksimum səviyyəsinə çatıb.
“Minval.info” “The Wall Street Journal”a istinadən xəbər verir ki, Nyu-Yorkda şəkər xammalının fyuçersləri son ay ərzində 10 % bahalaşaraq 1 funtu 20 sent həddinə çatıb.
İyun və iyul aylarında Braziliyanın bir sıra regionlarında müşahidə olunan anomal soyuq hava şəraiti şəkər qamışının daha ləng böyüməsinə və keyfiyyətinin pisləşməsinə səbəb olub.
Bu il qlobal şəkər istehsalı azalsa da, ekspertlər bu baxımdan defisitin olmayacağı qənaətindədirlər. Belə ki, onların fikrincə, qiymət artımı Hindistandan şəkər tədarükünün artırılmasına səbəb olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir