“Dünən başın dizimdəydi, bu gün torpaqda” - Qəzada ölən idmançının sevgilisi (Video)
Avtomobil qəzası nəticəsində dünyasını dəyişən idmançı Fərhad Poladovun sevgilisi Ülkər Abbaslı sevdiyi şəxslə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, İnstaqram paylaşımında Fərhadın ölümündən sonra həyatın onun üçün dayandığını bildirib.
“Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. İnan ki, sənsiz boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram. Mən sənsiz nə edəcəyəm? Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram. İnşallah, yanına tez gələcəm. Nur içində yat, sevgilim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib