Dumanlı dağlar və leysan yağışları: Hava şəraiti ölkəni təəccübləndirir
Ölkənin müxtəlif bölgələrində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan yağışları və şimşək çaxması qeydə alınıb.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Astarada yağıntının miqdarı 40 mm-ə çatıb ki, bu da aylıq normanın 48%-ni təşkil edir. Zaqatalada 11 mm, Qubada 9 mm, Ağstafa və Lənkəranda isə 7 mm yağış düşüb. Daşkəsən və Tovuzda 5 mm, Qusarda 4 mm, Xaltanda 3 mm, Lerik və Qaxda 2 mm, Qrız, Altıağac, Şəki, Gədəbəy və Şəmkirdə isə 1 mm-ə qədər yağıntı qeydə alınıb.
Şahdağ, Altıağac, Şəmkir, Göygöl, Qax (Sarıbaş), Daşkəsən və Gədəbəydə duman müşahidə edilir və görünüş məsafəsi 500 metrə qədər azalıb.
ƏLAQƏLİ
Bakıda külək həyəcanı: Avqustun 16-da sarı və narıncı xəbərdarlıqlar!
Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 21 m/s-ə çatır. Neftçalada isə cənub-şərq küləyinin sürəti 20 m/s-ə qədər yüksəlib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30 dərəcə, Naxçıvan Muxtar Respublikasında 36 dərəcə, Aran rayonlarında 34 dərəcə, dağlıq rayonlarda isə 20 dərəcəyə qədər isti qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda külək həyəcanı: Avqustun 16-da sarı və narıncı xəbərdarlıqlar!
İlham zəkiyev yenidən tarix yazdı: 10-cu Avropa çempionluğu!