DTX rəhbərliyi Şəhidlər xiyabanında - FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
DTX-dan Minval.İnfo-ya verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib.
Tədbirin sonunda sənədli film nümayiş olunub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sahil Babayevə daha bir vəzifə verildi - SƏRƏNCAM
Azərbaycan-İran sərhədində zəlzələ baş verib
"Davam" tərəfindən xeyriyyə yarmarkası təşkil edilib
Ramazan bayramı günlərində nümunəvi addım - Fotolar
Bakıda 14 yaşlı qız itkin düşdü
“Prezident dedi ki, get, fikirləş...” - Novruz Məmmədov
Qızını çölə çıxarıb arvadını yandırdı - Azərbaycanda