DTX-dən xəbərdarlıq!

“Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır”.
“Minval.info” xəbər verir ki, bu haqda Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq”, -deyə xəbərdarlıqda deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Mopedlərlə bağlı yeni rüsumlar müəyyənləşdi
Azərbaycanda iş saatları dəyişə bilər: Yeni qrafik necə olacaq?
Bakıda yeni dərs ilindən saatlar belə işləyəcək-TƏFƏRRÜAT
Sabah 39 dərəcə isti olacaq
Ramiz Mehdiyevin ailəsinə bağlı BOKT-un vergi borcu yarandı