Dövlətin əmlakları satışa çıxarıldı - Hərrac keçiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsi 27 dövlət əmlakını satışa çıxarıb.
Komitədən verilən xəbərə görə, dövlət əmlaklarının özəlləşdirilməsinə qoşulmaq istəyən şəxslər üçün növbəti iştirak imkanı 1 oktyabr tarixində keçiriləcək hərracda yaradılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın ilk hərracına ümumilikdə 27 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, beşi nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.
Səhmdar cəmiyyətləri nəqliyyat, sənaye, tikinti, xidmət və digər sahələrə aiddir. İri müəssisələrdən biri Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsindəki “Şəmkir” Açıq Səhmdar Cəmiyyətidir. Ümumi nizamnamə kapitalının 30 faizlik həcmində səhm paketi özəlləşdiriləcək dövlət əmlakının ərazisində inzibati bina, müxtəlif təyinatlı anbarlar, qazanxana və digər binalar var.
Özəlləşdirməyə çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və hərraclara qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO