Dövlət xəstəxanalarında hələ də pul tələb edilir? - VİDEO

Xidmətlər zərfinə 2550 adda müayinə, müalicə daxil olan icbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq olunmağa başlasa da, hələ də bəzi xəstəxanalarda həkimlər pasiyentlərdən ödəniş tələb edir.
Minval.info xəbər verir ki, bu barədə “ARB Xəbər”də bildirilib. Belə ki, paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində hazırlanan süjetdə 9 aydır icbari sığorta ödənilməsinə baxmayaraq müayinə üçün həkimlərin pul tələb etməsi əks olunub.
Məsələyə münasibət bildirən həkim Adil Qeybulla qeyd edib ki, həkimlərin özlərindən “qiymət oxuması”nın səbəbi maaş artımının sadəcə həvəsləndirici xarakter daşımasından irəli gəlir:
“Məsələn, həkimin maaşı 2000 manatdır. Bu 2000 manatın üzərinə həkimin növbələri, əlavə baxışları və digər başqa məsələlər gələ bilər. Stabil maaş isə konkret bazar qiymətlərinə yaxın olmalıdır”.
Deputat Razi Nurullayev isə qeyd edib ki, icbari sığortadan sonra bəzi xəstəxanalarda həkimlər hansısa cihazın olmadığını deməyə başlayıb:
“Xəstəxanada müalicə və müayinələrin heç olmasa, 20-30 faizi olmalıdır. Vətəndaşlar hansına müraciət edirsə, “bizdə bu aparat yoxdur” deyib, göndərişlə başqa xəstəxanaya göndərirlər. Belə çıxır ki, nə infrastrukturumuz hazır imiş, nə də həkimlərimiz arasında ciddi təbliğat aparılıb. Bu cür icbari tibbi sığortanı tətbiq etməyə ehtiyac yox idi”.
https://youtu.be/zce-C8Evo8Q
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"