Dövlət rüsumu ilə bağlı qərara DƏYİŞİLİK EDİLDİ

“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və onun tərtib edilmə qaydasına dəyişiklik edilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilir ki, dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.
Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi qaydası yeni redaksiyada təsdiq edilib.
Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir