Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibələr başladı
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən 15 dekabr 2017-ci il tarixində 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilmişdir. Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi (6 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (3 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (1 vakant vəzifə), Energetika Nazirliyi (2 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (17 vakant vəzifə), Səhiyyə Nazirliyi (1 vakant vəzifə), Təhsil Nazirliyi (2 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (1 vakant vəzifə) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli bölmələrindədir.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Qeyd edilən vakant vəzifələr üzrə 62 namizəd qeydiyyatdan keçmişdir. Bu gündən artıq Ekologiya Nazirliyində mövcud olan vakant vəzifələr üzrə ümumi müsahibələr başlıyıb. Ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri haqqında məlumata buradan baxa bilərsiniz.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib