Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub.
Minval.İnfo xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının 18 fevral (B növü üzrə) və 31 mart (A növü üzrə) tarixlərində keçirilməsi planlaşdırılır. Qeydiyyat və s. məsələlər haqqında məlumat veriləcəkdir.
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə hər ay iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir. Yanvarın ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq keçirilib.
Növbəti sınaq imtahanları 2, 10 fevral və 4, 14 mart tarixlərində təşkil olunacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib