Dövlət himninin həcmi azaldılsın - TƏKLİF
Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi bilsinlər.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Millət vəkili dövlət himinin həcminin azaldılmasını təklif edib:
“Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri iki dəqiqə səsləndirilir. Ancaq bizdə dövlət himni dörd dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır.
Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet İttifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.
Millət vəkili Fəzail İbrahimli isə bu məsələdə ehtiyatlı olmağı, milli atributlara toxunmamağı tövsiyə edib:
“Başqa məsələlərlə oynamaq olar. Amma bu məsələ ilə yox. Bundan yan keçin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!