DOST müfəttiş" layihəsi: İş yerlərində əmək münasibətlərindəki boşluqlar necə aradan qaldırılır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi çərçivəsində daha dörd müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.
Minval.info xəbər verir ki, bu müəssisələrdə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə istiqamətləri üzrə qiymətləndirmələr həyata keçirilib.
Qiymətləndirmə nəticəsində mövcud boşluqlar və risklər müəyyən edilib, bu problemlərin həlli üçün işəgötürənlərə tövsiyələr verilib, həmçinin təlim və məsləhət dəstəyi göstərilib.
“DOST Müfəttiş” layihəsi könüllü və ödənişsiz əsaslarla icra olunur və iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulmasına dəstək verir. Ümumilikdə, layihə çərçivəsində indiyədək 33 müəssisədə qiymətləndirmə aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır