Dörd nəfərin yaşadığı ucqar rus kəndi: biri azərbaycanlıdır - FOTOLAR
Rusiyanın Voronej şəhərindən olan jurnalistlər eyni adlı vilayətin tamamilə boşalmış kəndinə gedib çıxıblar.
Liskinsk rayonunun Novaya Qran adlı bu kəndində cəmi 4 nəfər yaşayır. Amma onların heç biri bu kəndin yerli sakinləri deyil.
Araşdırmalar nəticəsində məlum olub ki, çoxdan boşaldılmış, yerli sakinlərin də çoxdan tərk etdiyi bu kənddə yaşayan 4 nəfərin hamısı gəlmədilər. Ən maraqlısı isə odur ki, həmin sakinlərdən biri azərbaycanlıdır.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Yerli jurnalistlərin yazdığına görə, Şaiq adlı 33 yaşlı gənc əslən Qarabağdandır. Kənddə maldarlıqla məşğuldur. Hazırda 50 baş iribuynuzlu mal-qarası var.
“Şəhərdə (Voroneji nəzərdə tutur) yerlilərim var. Heç birinə də qaynayıb-qarışmıram, burada sakitlikdir. Səsiz-küysüz yerdir. Bir sözlə, bu kənddə yaşamaq rahatdır” deyə, Şaiq müxbirlərə deyib.
Musavat.com







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar