Dondurma dadmaqla ayda 10 min dollar qazan!
Dünyaca məşhur reper Snup Doq tərəfindən yaradılan dondurma brendi qeyri-adi bir iş elanı ilə diqqət mərkəzinə düşüb. Şirkət, dünyanın müxtəlif ölkələrindən müraciətləri qəbul edən “Beynəlxalq Dondurma Dadına Baxış Eksperti” vəzifəsi üçün işçi axtarır.
Minval.info xəbər verir ki, seçiləcək şəxs üç aylıq müqavilə əsasında ayda 10 min dollar qazanacaq. Bu vəzifə üçün peşəkar aşpazlıq və ya qastronomiya təcrübəsi tələb olunmur. İş tamamilə uzaqdan həyata keçiriləcək və dünyanın müxtəlif ölkələrindən namizədlər müraciət edə bilərlər.
Müraciətlər avqustun 27-də başlayıb və namizədlərə ərizələrini təqdim etmək üçün üç həftə vaxt verilib. Seçilən şəxsdən brend komandası ilə mütəmadi görüşlər keçirməsi və zərurət yarandıqda səfərlərdə iştirak etməsi gözlənilir. İşçinin əsas vəzifəsi brendin müxtəlif dondurma məhsullarını dadmaq və onlar barədə komandaya müntəzəm rəy bildirməkdir. Namizəd yeni dadlar, istehlakçı trendləri və məhsul ideyaları ilə bağlı fikirlərini də şirkətlə bölüşəcək.
Brendin təqdim etdiyi imkan bununla da məhdudlaşmır. Seçilmiş dadma eksperti müxtəlif məhsulları sınayaraq onların dadı və yeni trendlərə uyğunluğu barədə qiymətləndirmələr aparacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mərkəzi Bankın baş direktoru istefa verdi
Yerin altında 1000 tondan çox qızıl...
Venesuela da OPEK-dən gedir: Təşkilatı nə gözləyir?
DİN-dən vətəndaşlara saxta xidmətlər xəbərdarlığı
Ət bazarında qiymət artımı: Səbəblər və həllər
Məleykə Abbaszadədən abituriyentlərə seçim tövsiyələri
Sentyabrda 4 bürc üçün pul yağışı gözlənilir