29.08.2026 - 14:50
Ölkə 42 baxış

Doktorantura təhsili alanlara hərbi möhlət hüququ!

Rəsmi iş yeri olan vətəndaşların doktorantura təhsili aldıqları halda müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni qərar açıqlanıb. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat verib.

Minval.info xəbər verir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən, əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alan şəxslərə təhsillərini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən, doktorantura təhsili əyani və qiyabi formalarda həyata keçirilir. Əyani təhsilalma forması istehsalatdan ayrılmaqla, qiyabi forma isə istehsalatdan ayrılmamaqla həyata keçirilir. Bu baxımdan, doktorantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan, yəni iş yerindən ayrılmaqla təhsil ala bilər.

Həmçinin, əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər. Beləliklə, rəsmi iş yerinin olması əyani doktorantura təhsili alan şəxsin qanunla nəzərdə tutulan hərbi möhlət hüququna maneə yaratmır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: