17.11.2026 - 16:04
Doğulanda öldüyü deyilən övladından 42 il sonra məktub aldı
Qəribə 426 baxış

Doğulanda öldüyü deyilən övladından 42 il sonra məktub aldı

Avstraliyada inanılmaz bir hadisə baş verib. Ana, öldüyü zənn edilən övladından 42 il sonra bir məktub alıb.

Baku.ws-ın BBC-yə istinadən verdiyi məlumata görə, 63 yaşlı baytar həkim Dayan Şihen, 42 il əvvəl xəstəxana işçiləri tərəfindən “öldüyü” deyilən oğlundan məktub alıb.

Dayan, 1950-ci illərdə Yeni Zelandiyada mühafizəkar katolik bir ailədə böyüyüb və Kanadada tanış olduğu bir oğlandan hamilə qalıb. Daha sonra Avstraliyaya köçən Dayan, ətrafdakı təzyiqlər və sosial mühit səbəbindən hamiləliyini gizlətməyə məcbur olub.

Doğuş zamanı, övladının cinsiyyətini belə bilmədən, uşağın öldüyü bildirilib. Dayan bu travmanı illərlə gizlədərək özünü işə və təhsilə həsr edib. Sonradan məlum olub ki, Dayan, 1950-1970-ci illərdə Avstraliyada Katolik Kilsəsi və dövlət qurumlarının məcburi övladlığa götürmə siyasətinin minlərlə qurbanından biri olub.

2013-cü ildə hökumət bu qəddar sistemə görə rəsmi üzr istədi. Oğlunun göndərdiyi məktubda həmçinin artıq nənə olduğu da qeyd edilib. Eyni qıvrım saçlara sahib nəvəsinin fotoşəkilini görən ana, dərhal övladını tanıyıb. Sidneyə gedərək oğlu və nəvələri ilə görüşən Dayan, oğlunu övladlığa götürən ailənin də aldadıldığını öyrəndi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: