Bakı sakini toyuğa görə qardaşını öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com “ölkə.az”a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. İttiham nitqini söyləmək üçün prokuror məhkəmədən vaxt istəyib.
Proses sentyabrın 6-dək təxirə salınıb.
ƏLAQƏLİ
Deputat: “Nikah şəhadətnaməsi tələb edilmədən mehmanxanalara giriş əxlaqsızlığa yol açır”
İttihama görə, qətl hadisəsi 2018-ci ilin oktyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun sovxozu adlanan ərazidəki həyət evində baş verib.
19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib.
Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb. Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib.
ƏLAQƏLİ
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Araşdırma zamanı məlum olub ki, Ədil Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.
Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə Ağamalı Kərimovu saxlayıblar.
İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sakit göl” hotelində qəribə prosedur: nikahsız cütlüklər nahar edə bilməz
Ermənilər azərbaycanlı şəhid kimi Sərdar Ortacın şəklini yaydılar
Bakıda təcili yardım maşını ilə daşınanlar ŞOKa saldı - VİDEO
Stiv Cobs ölməyib? – Foto
Bakıda qadınlara qənim kəsilən gənc peyda olub - Yaralayır, qarət edir