DJ Fateh MTRŞ-nın iradlarına cavab verdi: "Bu tənqid deyil..."
“Monitorinqlər zamanı radioların efirində milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması ilə bağlı da bir sıra faktlar müşahidə edilib”
“Minval.info” xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
T.Dadaşovun sözlərinə görə, monitorinqlər zamanı radioların efirində “Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” qanunların reklam və sponsorluqla bağlı tələblərinin pozulması halları da aşkarlanıb:
“Monitorinqlər zamanı radioların efirində milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması ilə bağlı da bir sıra faktlar müşahidə edilib. Xüsusilə “Media FM”-in efirində “Manpası” verilişində bu cür hallara tez-tez rast gəlinir. Bundan başqa, monitorinqlərdə bir sıra aparıcıların efir mədəniyyətinə, mənəvi dəyərlərə zidd açıq və sətiraltı ifadələrdən istifadə etməsi, verilişlərdə milli-mənəvi dəyərlərə zidd mövzularda müzakirələr təşkil olunması, verilişə zəng edən dinləyicilərin ələ salınması kimi hallar da aşkar edilib. Bütün qeyd olunan məsələlərlə bağlı konkret faktların əksini tapdığı geniş arayış hazırlanaraq Şura rəhbərliyinə təqdim edilib. Radiomonitorinqlərin televiziya monitorinqləri kimi, davamlılığının təmin edilməsi nəzərdə tutulur”.
Monitorinqin nəticəsində adı daha çox hallanan “Manpası” verlişinin aparıcısı DJ Fateh məsələ ilə bağlı Minval.info-a qısaca bildirib ki, deyilənlərə əməl edəcək:
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
“Bu tənqid deyil, sadəcə monitorinq nəticəsidir, riayət etməyə çalışacağam. Nəzərə alıb, uyğun hərəkət edəcəyəm”.
Dəniz
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
