Direktorun avadanlıqları evinə aparması araşdırılır
Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar ortaya çıxıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, direktorun vəzifədən azad edildikdən sonra sanitar qovşağındakı avadanlıqları, əlüzyuyanları sökərək öz evinə apardığı iddia olunur.
Minval.info xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi bu məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Araşdırma nəticəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı problemlərin mövcud olduğu müəyyən edilib. Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib