Direktor vəzifəsi üçün müsahibə mərhələsi başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki 500-dək şagird sayı olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayır.
BŞTİ-dən verilən məlumata görə, müsahibələrdə namizədlərin liderlik, strateji idarəetmə, pedaqoji fəaliyyət, idarəçilik, ünsiyyət, problemlərin həlli, qərarvermə, rəqəmsal və sosial-emosional bacarıqları qiymətləndiriləcək.
Müsahibənin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsinin yekunlarına əsasən, 109 namizəd BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin direktor vəzifəsi üçün müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək