Direktor olmaq istəyənlərin nəzərinə — Tələblər dəyişdi

Bu il ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul zamanı namizəddən esse yazmaq tələb olunmayacaq.
Minval.İnfo-nun Trend-ə istinadən məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
M.Camalzadənin sözlərinə görə, namizədlər 90 dəqiqə davam edən imtahanda yalnız 60 test sualına cavab verəcəklər.
Mərkəz rəhbəri qeyd edib ki, bu gündən keçirilməyə başlayan və sabah da davam edəcək direktorların işə qəbulu müsabiqəsinin test mərhələsində 1600-dən çox şəxsin iştirak edəcəyi gözlənilir.
M.Camalzadə qeyd edib ki, müsabiqənin müsahibə mərhələsinin dekabrda keçirilməsi, ümumilikdə isə bu iln sonunadək müsabiqənin yekunlaşması nəzərdə tutulur. Müsabiqədə uğur qazanan namizədlər yeni ilin əvvəlindən öz vəzifələrinin icrasına başlaya biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!