DİQQƏT: bu ərazilərdə təmir və rənglənmə işləri aparılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saatlarından etibarən, Bakı-Quba-Rusiya yolunun 10-50 kilometrlik hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təmir axşam saatlarınadək davam edəcək.
Bundan başqa axşam saatlarınadək Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanınından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Həsənoğlu küçəsi, Heydər Əliyev mərkəzinin yan yolu, Xətai prospektində və Sabunçu Dəmiryolu stansiyasının qarşısı ilə Sabunçu ticarət mərkəzinin yanında da üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır