Dini inanclarına görə körpələri ölən ailə...
Set Velç və Taitana Vusari cütlüyü 10 aylıq uşaqlarının ölümündə günahlandırılaraq həbs edilib.
Məhkəmə onları məsuliyyətsiz davranmaqda günahlandırılıb. Cütlük ilkin məhkəmədə ömürlük həbslə cəzalandırılıb.
Minval.İnfo xəbər verir ki, 10 aylıq körpənin ölümünə səbəb valideyinlərinin dini inancları olub. Qatı xristian olan cütlük uşaqlarını vaksinasiya etdirməyib. Set Velç “Tanrı xəstəliklərin hökmdarıdır” deyərək körpəsini bütün tibbi müdaxilələrdən yayındırıb.
Set Velç “Facebook” sosial şəbəkəsində uşağının vaksinasiya olunmaması haqda bunları qeyd edib:
“Əgər təkamül nəzəriyyəsi ən güclüləri həyatda qalacağını deyirsə. Onda niyə buna inananlar övladlarını vaksinasiya etdirirlər?”
Cütlüyün qəribə hərəkətləri məhkəmədə də özünü büruzə verib. Set Velç məhkəmə zamanı ağzı açıq şəkildə hakimin qərarlarına qulaq asıb.
Tamerlan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında