DİN-də yeni təyinatlar: iki polkovnik işdən çıxarıldı (SİYAHI)
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Qaynarinfo xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayev və İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.
Müvafiq əmrlərə əsasən, Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.
Digər əmrə əsasən, Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ötən ilin məzunları hansı qaydalarla imtahan verəcək? - AÇIQLAMA
2018-ci ildə ən çox satılan avtomobillər - siyahı və FOTOLAR
Bakı polisindən koronavirusla bağlı yayılan məlumatlara - Münasibət
Hazırda Bakıdan bu ölkələrə uçmaq olar
Deputatlar bu gün 7 məsələnin müzakirəsi üçün toplaşacaq
“Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır”