DİN-dən vətəndaşlara saxta xidmətlər xəbərdarlığı
Daxili İşlər Nazirliyi vətəndaşları sosial şəbəkələrdə yayılan saxta xidmətlər barədə xəbərdar edib. Nazirlikdən verilən məlumata görə, bu cür elanlar vasitəsilə vətəndaşların aldadılması və maliyyə vəsaitlərinin mənimsənilməsi halları artmaqdadır.
Minval.info xəbər verir ki, saxta səhifələrdə müxtəlif xidmətlər, məsələn, hesabların izlənilməsi, silinmiş yazışmaların bərpası və digər rəqəmsal xidmətlər təklif olunur. Ödəniş edildikdən sonra isə xidmət göstərilmir və şəxsi, bank məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Vətəndaşlara belə təkliflərin etibarlılığını yoxlamaq, tanımadıqları şəxslərə ödəniş etməmək və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.
Şübhəli hallarla qarşılaşdıqda Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət etmələri tövsiyə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi