DİN-dən manyak xəbərinə RƏSMİ REAKSİYA
Mingəçevir şəhərində peyda olduğu deyilən manyak xəbəri ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi reaksiya verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, bu hadisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə hər hansı şikayət və yaxud müraciət daxil olmayıb: “Şəhər ərazisində vətəndaşların hüquq və azadlıqları təmin olunur, sabitlik yüksək səviyyədə qorunur. Bəzi xəbər saytlarında Mingəçevir şəhərində manyakın peyda olduğu və gənc qadınlara yaxınlaşaraq onları qorxutması barədə əsassız məlumatlar yer alıb. Dərc olunan xəbərdə bir qızın manyak tərəfindən qorxudulduğu və daha sonra qaçaraq gözdən itdiyi bildirilir”.
DİN-dən bir daha bildirilir ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Sakinlərdən və şəhərin qonaqlarından hər hansı bir xoşagəlməz halla rastlaşdıqları təqdirdə Mingəçevir ŞPŞ-yə və ya DİN-in “102 Zəng Mərkəzi”xidmətinə müraciət etmələri, bu barədə müvafiq məlumat vermələri xahiş olunur”.
Minval.info
Link: Azərbaycanda yeni manyak peyda olub: “Qız ağlaya-ağlaya dedi…”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda