DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
“Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır”.
Minval.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
DİN bununla bağlı növbəti dəfə çağırış edib, vətəndaşları sadə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Məlumatda aşağıdakılar vurğulanır:
— Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.
— Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar tələ ola bilər.
— Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.
— Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.
“Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin”, məlumatda deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO