DİN-dən 30-dan çox yüksək rütbəli şəxsin işdən azad olunmasına REAKSİYA
Daxili İşlər Nazirliyi (DİN) Suraxanı Rayon Polis İdarəsində 30-dan çox əməkdaşın işdən çıxarılmasına dair yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib. Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilib, bir qrup əməkdaşa digər intizam tənbehləri verilib, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilib:
“Qeyd edilməlidir ki, daxili işlər orqanlarında aparılan belə yoxlamaların məqsədi idarəetmənin təkmilləşdirilməsi, cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin qorunması, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, mülkiyyətinin, hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir. Eyni zamanda, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi, əməkdaşların tapşırılmış sahəyə cavabdehliyinin və məsuliyyətinin daha da artırılmasıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XİN-dən əsgərimizin şəhid olması ilə bağlı bəyanat
SMS-icazə sistemi yenidən bərpa olundu
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Prezidentdən Zakir Həsənovla bağlı - SƏRƏNCAM
Nizami rayonuna yeni icra başçısı təyin olunub
Düşmən mövqelərimizi atəşə tutur -MN-dən açıqlama
Operativ Qərargah: Bir gündə 3073 nəfər xüsusi karantin rejimini pozub