DİN: Bir qrup jurnalist icazəsiz aksiya keçirməyə cəhd edib
“İyulun 22-də ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda əsas vəzifəsi cəmiyyəti operativ, obyektiv və dolğun informasiya ilə təmin etməli olan bir neçə media təmsilçisi öz peşə borclarını yerinə yetirmək əvəzinə, ictimai diqqəti üzərlərinə çəkmək məqsədi ilə söz, mətbuat və ifadə azadlığı ilə heç bir çərçivəyə sığmayan hərəkətlərə yol veriblər. Bildiririk ki, medianın inkişafı üçün üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Minval.İnfo”ya verilən məlumata görə, özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında DİN-in inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyatı dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstəriblər.
Polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınmış və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.
Qeyd olunur ki, onlar bununla kifayətlənməyərək anoloji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıb, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib.
Həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"İnter" Hakan Çalhanoğlunu bu futbolçu ilə əvəzləyir - SON DURUM
Belarusun Azərbaycana satdığı hərbi texnika haqda faktlar açıqlandı
Lavrov Mirzoyanı çağırıb dedi ki, sülh müqaviləsi bağlamayın
Ruslan Auşev Azərbaycan Prezidentini təbrik edib
Şok: Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı - VIDEO
Putini müsəlmanlar öldürəcək: Gürcü peyğəmbərin PROQNOZU
Azərbaycan Prezidenti Gəncədə zavodun açılışını edib FOTOLAR