Dilənməyə getdikləri evi soyan qadınlar “iş başında” tutuldu

Şəki rayonu Zunud kənd sakini Arif İdrisovun evindən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, soyğunçular həyətdən çıxmaq istəyərkən ev sahibi tərəfindən yaxalanıblar.
O, hadisə barədə Şəki ŞRPŞ-yə məlumat verib və polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Aparılmış ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib.
Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A.İdrisov tərəfindən yaxalanıblar.
Faktla bağlı ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!