07.08.2019 - 11:55
İdman 1 baxış

Dieqo Forlan karyerasını başa vurub

Uruqvay millisinin və İspaniya “Atletiko”sunun sabiq futbolçusu Dieqo Forlan karyerasını başa vurub.

Son bir il iki ayda heç bir rəsmi matça çıxmayan hücumçu idmançı kimi karyerasını bitirdiyini açıqlayıb.

“Minval” xəbər verir ki, son klubu Honkonq təmsilçisi “Kitçi” olan D.Forlan 2018-ci ilin mayından sonra heç bir matçda iştirak etməyib.

Futbolçu karyerasını Uruqvayın ən titullu klubu “Penyarol”da başa vurmaq istəyində olsa da, bu, baş verməyib. Tərəflər arasında danışıqlar müsbət nəticələnməyib.

Qeyd edək ki, “Penyarol”un yetirməsi olan 40 yaşlı veteran karyerası ərzində “Danubio”, “İndependente”, “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko”, “İnter”, “Osaka”, “Mumbai” və “Kitçi” klublarında oynayıb. 2002-14-cü illərdə şərəfini qoruduğu Uruqvay millisindəki 112 oyuna 36 top vuran hücumçu Amerika kubokunun qızıl və bürünc mükafatçısı, dünya çempionatının yarımfinalçısı olub. D.Forlan DÇ-2010-da “Qızıl top”, ən yaxşı bombardir və ən gözəl qolun müəllifi mükafatlarını qazanıb, iki dəfə Avropanın “Qızıl buts”una yiyələnib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: