Dərnəgül bazarı köçürülür: Satıcılar narahatdır
Bakıda məşhur Dərnəgül bazarının köçürülməsi ilə bağlı satıcılara xəbərdarlıq edilib. Lakin onların yeni fəaliyyət göstərəcəkləri məkan hələ müəyyən edilməyib.
Minval.info xəbər verir ki, Dərnəgül bazarı paytaxtın tikinti materialları üzrə əsas ticarət mərkəzlərindən biridir. Burada fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər. Onların əsas narahatlığı isə köçürüləcəkləri yeni ünvanın hələ də açıqlanmamasıdır.
Sahibkarlar mövcud mallarını satmaqda problem yaşamadıqlarını, lakin yeni məhsulların bazara gətirilməsi məsələsində çətinliklərlə üzləşdiklərini qeyd edirlər. Onlar ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada və hansı şərtlərlə davam etdirəcəklərinin əvvəlcədən açıqlanmasını gözləyirlər.
Daha ətraflı məlumat üçün təqdim olunan videomateriala baxa bilərsiniz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib