11.07.2018 - 16:00
İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildi
Vacib 5 baxış

Deputatın oğluna yüksək vəzifə verildi - Foto

İsa Həbibbəylinin oğluna yüksək vəzifə verildiNazirlər Kabinetinin Aparatında yeni təyinat olub.

Minval.info APA-ya istinadən xəbər verir ki, baş nazirin Katibliyinin rəisi təyin edilib.

Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.

 Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.

Ə. Həbibbəyli millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin oğludur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: